AXCP üzvünə həbsxanada işgəncə verilib FOTO VİDEO

Zülfiyyə Abdullayeva: "Mənim övladım üç gün ərzində ac-susuz saxlanılıb, fiziki işgəncələrə məruz qalıb"
 

Vəkil Əli Mehdiyev: "Elvin ona işgəncə verildiyini təsdiqləyir"

 
Mayın  14-də Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayevin işi üzrə hazırlıq iclası keçirilib.  Prosesə hakim Fikrət Qədirov sədrlik edib.  Elvin Abdullayevi vəkil Əli Mehdiyev müdafiə edib.
 
 

Hakim Fikrət Qədirov öncə işin məhkəmə baxışına verilməsi üçün ittiham tərəfininin mövqeyini öyərəndi. İttiham tərəfi istintaqın obyektiv, faktlara əsaslanaraq aparıldığını bildirdi və həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını istədi. O, işin məhkəmə baxışına təqdim olunmasına mane olan heç bir halın mövcud olmadığını da bildiridi.  
 
 
Müdafiə tərəfinin vəkili  Əli Mehdiyev isə çıxışında, istintaqın obyektiv aparılmadığını, çoxsaylı qanun pozuntularının baş verdiyini, eyini zamanda, müdafiə etdiyi şəxsin həm həbs olunduğu vaxt, həm də sonrakı dövrlərdə müdafiə hüququnun kobud şəkildə pozulduğunu bildirdi. Qanun pozunularını əsas gətirən vəkil, Elvin Abdullayev haqqında seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini və məhkəmə baxışı keçirilmədən işə xitam verilməsini istədi. 
 
 
Tərəfləri dinlədikdən sonra müşavirəyə gedən məhkəmə heyəti təxminən 5 dəqiqədən  sonra qayıdaraq Elvin Abdullayev haqda seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanıldığını, işin yenidən istintaqa qaytarılması üçün heç bir hüquqi əsas olmadığını bildirdi. Məhkəmə eyni zamanda, iş üzrə məhkəmə baxışının təyin olunduğunu bəyan etdi. Bu iş üzrə məhkəmə baxışı 19 may, saat 15:00-a təyin olundu.
 
 
Məhkəmə iclasından sonra jurnalistlərə açıqlama verən Elvin Abdullayevin anası  Zülfiyyə Abdullayeva,  oğluna işgəncə verildiyini bildirdi:
 
 
 “Mənim övladım üç gün ərzində ac-susuz saxlanılıb, fiziki işgəncələrə məruz qalıb. Elvin hələ də “kars”da  saxlanılır və ona qarşı işgəncələr davam etdirilir. Haqsız yerə həbsə atdığınız  bəs deyil, hələ üstəlik döyüb “kars”a da salırsız?  Onu hansısa cinayəti törətdiyinə görə yox, əqidəsindən dönmədiyinə görə işgəncə verirlər.  Günahsız bir gəncin cibinə narkotika at, sonra da ayaqla, işgəncə ver? Nə etmək istəyirsiz? Buna kim dözər axı? Şərləmisiz, heç olmasa rahat buraxın. Bir həftədri mənim oğlum işgəncə altındadır”.
 
Müdafiə etdiyi şəsxin işgəncəyə məruz qalmasına münasibət bildirən vəkil Əli Mehdiyev də, işgəncə haqda məlumatlı olduğunu bildirdi: 
 
 
“Elvin ona işgəncə verildiyini təsdiqləyir. Hələlik onun bədənində olan işgəncə izləri ilə tanış ola bilməmişən. Elvinin  “kars” müddəti bu gün başa çatır. Ona hansı səbəbdən işgəncə verildiyini də dəqiq bilmirəm.