Vitse-spiker Avropa Parlamentini təhqir etdi

Mayın 12-də Brüsseldə Avropa Parlamenti deputatlarının Azərbaycanı Avropa Oyunları başlayana qədər siyasi məhbusları azad etməyə çağırması Milli Məclisdə sərt tənqid edilib. Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan təbliğat kampaniyası ilə bağlı parlamentdə keçirilən dinləmələrdə çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deyib ki, Avropa Parlamenti Azərbaycana qarşı alçaq hərəkətlərə əl atır. “Təəccübləndirici hallardan biri budur ki, Avropa Parlamentinin üzvləri bu qədər alçaq hərəkətlərə əl atırlar və bunu silsilə şəkildə edirlər”.
 
Vitse-spiker onu da qeyd edib ki, Azərbaycan məhz balanslı xarici siyasət apardığından Avropa Birliyi ilə assosiasiya sazişi imzalamadı. 
 
Avropa Parlamenti iyunda keçiriləcək sessiyasında Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul etməyə hazırlaşır.