Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynada İslahatların Keçirilməsinə dair Beynəlxalq Şuraya rəhbərlik edib. Şuraya həmçinin amerikalı senator Con Makkeyn və Slovakiyanın keçmiş baş naziri Mikulaş Dzirunda daxildir. Bununla bağlı müvaiq sənəd Ukrayna prezidentinin saytında dərc edilib. Şuraya həmçinin İsveçin keçmiş xarici işlər naziri Karl Bild, Litvanın keçmiş baş naziri Andrüs Kubilüs və Ukrayna prezidenti administrasiyasının rəhbəri Doris Lojkin də təmsil olunur. Ukrayna prezidenti Petr Poroşenkonun imzaladığı sənəddə deyilir ki, şura üzvləri Ukraynada ən yaxşı beynəlxalq təcrübə əsasında islahatların keçirilməsinə dair tövsiyələr hazırlamalıdır.
azadlıq.info


