
Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir cavab qarşılaşması keçirilib. Madrid “Real”ı “Santyaqo Bernabeu”da “Yuventus”u qəbul edib. İlk oyunda rəqibinə 2:1 hesabı ilə qalib gələn Turin klubu bu dəfə də məğlub olmadı. Oyunda hesabı penalti zərbəsindən meydan sahibləri açsa da, ikinci hissədə Moratanın vurduğu qol "Yuventus"u finala daşıdı.
Finalda "Barselona" və "Yuventus" qarşılaşacaq.