Belarusda azərbaycanlı yandı

Mayın 12-də Belarusun Qomel rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Saat 19:50 radələrində iki yük maşını – MAN və DAF toqquşub. Toqquşmadan sonra hər iki maşın yanıb. 
 
İlkin məlumatlara əsasən, DAF avtomobilinin sürücüsü ötmə zamanı qarşı yola çıxıb və MAN yük maşını ilə toqquşub. 
 
Qəza nəticəsində DAF maşınının sürücüsü Qomeldə yaşayan 1967-cil il təvəllüdlü Azərbaycan vətəndaşı ölüb. Maşının sərnişini xəstəxanaya yerləşdirilib. 
 
Yanğını saat 20-23-də söndürmək mümkün olub. (Oxu.Az)