Keçmiş deputat həbs olundu

Bir neçə gündür Azərbaycanda “maliyyə xəyanətlərinə” görə həbs olunan oliqarxlar sırasına daha biri qoşulub. “Qafqazinfo”nun məlumatına görə, həbs olunan iş adamlarından biri də keçmiş millət vəkili, “Globus Plaza”nın sahibi Dünyamin Xəlilovdur.
 
Saytın əldə etdiyi məlumata görə, bir neçə həftədir ki, Plazada ciddi yoxlamalar həyata keçirilir və bunun nəticəsi olaraq mərkəzin sahibi həbs edilib.
 
Dünyamin Xəlilov 2005-2010-cu illərdə 111 saylı Zaqatala-Balakən seçki dairəsindən deputat olub.