Merkelin “kriminal” sözünü rus tərcüməçi tərcümə etməyib

Mayın 10-da Moskvada mətbuat konfransında çıxış edən Almaniya kansleri Angela Merkel Krımın anneksiyasını "kriminal" və "beynəlxalq qanunların pozulması" adlandırıb. Ancaq rus tərcüməçi "kriminal" sözünü tərcümə etməyib, yalnız "beynəlxalq qanunların pozulması"nı tərcümə edib. Tərcüməçi bilərəkdən bunu tərcümə etməyib yoxsa sözü buraxıb, bilinmir. 
 
Ancaq Kremlin vebsaytında da bu "kriminal" sözü yoxdur. Merkelin offisi isə Alman hökumətinin saytında kanslerin çıxışını verib, orda "kriminal" sözü var.