ÇL-1/2: “Barsa” finalda

UEFA Çempionlar Liqasında ilk finalçının adına məlum oldu. “Bavariya” ilə “Barselona” Münhendə münasibətlərə aydınlıq gətirib. İlk oyun Kataloniya təmsilçisinin 3-0 hesablı qələbəsi ilə başa çatdığından,"Bavariya"nın finala çıxacağına inananlar az idi. 
Lakin Münhen klubu asan təslim olmaq niyyətində deyildi. Oyunun 7-ci dəqiqəsində Benatianın vurduğu qol meydan sahiblərini umidləndirdi. Lakin Neymarın 15 və 29-cu dəqiqələrdə vurduğu iki qol "Bavariya"nın finala çıxmaq ümidinin üstündən xətt çəkdi. İkinci hissədə Levandovski və Müllerin qolları sadəcə təsəlli oldu. İki oyunun nəticəsinə görə 5-3 hesablı qələb qazanan "Barsa" finala adladı.