Arınç: «Gözəl saraylar tikdik, bəs, ədalət!?»

Türkiyə baş nazirinin müavini, AKP hökumətinin sözçüsü Bülənt Arınç növbəti dəfə kəskin danışıb. 13 illik AKP hökuməti dövründə ədalətə inamın azaldığını deyən Arınç bildirib ki, ölkədə məhkəmə sisteminə etibar yoxdursa, bunu jiddi şəkildə düşünmək lazımdır: «Partiyamızın (Ədalət və İnkişaf Partiyası-red:) adını çox sevirəm. İnkişafda çox yaxşıyıq, gözəl saraylar tikdik, bəs, ədalət!? Sarayı tikdik, indi növbə ədalətə gəldi. Məhkəmə sistemi etibar edilən on qurum içərisində sondan 3 ya 4-jü sıradadır. Məhkəməyə inam itibsə, başımızı əllərimizin arasına qoyub düşünməliyik. Etibarı itirənlər az-çox məlumdur. Amma bunun ziyanını bütün ölkə çəkir. Ədalətə, məhkəmə sisteminə inamı artırajaq fəaliyyətlərə ehtiyaj var».
 
Hər məsələdə ilk olaraq ağlının yox, vijdanının səsinə qulas asdığını deyən Arınç hesab edir ki, əxlaqa söykənən siyasət yürüdülərsə, bundan hamı fayda görər.
 
Bülənt Arınç bir müddətdir ki, prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına birbaşa və dolayı tənqidlər ünvanlayır. Son açıqlamasında «gözəl saraylar tikdik» deməklə Arınç böyük ehtimalla günlərdir Türkiyə müxalifəti və mətbuatının tənqid etdiyi prezident sarayını nəzərdə tutub. Ərdoğan özü sarayın təxminən 1 milyard dollara başa gəldiyini bildirsə də, tənqidçilər bu rəqəmin bir neçə dəfə çox olduğunu deyirlər.
 
Gültəkin