ABŞ-ın Los-Anceles şəhərinin beynəlxalq hava limanında “SkyWest Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəza enişi edib. Monterey – Los-Anceles marşrutu ilə uçan təyyarənin göyərtəsində 40 sərnişin və 3 ekipaj üzvü olub.
Məlumata əsasən, sərnişin və uçuş heyəti arasında xəsarət alan olmayıb.
“Bombardier СКJ200” təyyarəsinin şassidə nasazlıq səbəbindən məcburi eniş etdiyi bildirilir. (APA)


