
Aşağı instansiya məhkəməsi ötən ilin noyabrında onun şikayətini təmin etməmişdi və şikayət də bundan idi.
İsveç məhkəməsi iki qadının şikayətinə əsasən onun həbsinə order verib.
Assanc səfirliyin ərazisindən çıxsa onu həbs təhlükəsi gözləyir.
O İsveçə getməkdən imtina edir və hesab edir ki, belə halda Birləşmiş Ştatlara təhvil veriləcək.
ABŞ hakimiyyəti onu 2010-cu ildə WikiLeaks saytında Əfqanıstan və İraqdakı müharibələr, habelə diplomatik danışıqlar barədə məxfi məlumatlar yaymaqda günahlandırır. (azadliq.org)