
ABŞ Dövlət katibi Con Kerri mayın 12-də Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergei Lavrovla görüşəcək. Görüşdə Ukrayna münaqişəsi, Suriya və Yəməndəki vəziyyət müzakirə olunacaq.
Bu barədə ABŞ Dövlət Departamenti və Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Dövlət Departamentinin sözçüsü Marie Harf bildirib ki, görüş Rusiyanın Soçi şəhərində keçiriləcək.
RİA Novostinin bundan əvvəl diplomatik mənbələrə istinadla verdiyi məlumata görə, Kremil ümid edir ki, Kerri Soçiyə Ukrayna münaqişəsinin həlliylə bağlı yeni təkliflə gələcək.
Kerri NATO xarici işlər nazirlərinin görüşünə qatılmaq üçün Rusiyadan Türkiyəyə gedəcək.


