Fransa lideri 100 illik fasilədən sonra Kubaya getdi

ABŞ prezidenti Barak Obamanın ardından Fransa lideri Fransua Olland da Kubaya səfər edib. Bu, Fransa rəhbərliyinin 100 illik fasilədən sonra Kubaya ilk gəlişidir. Ollandı Kuba səfərində 20 iş adamından ibarət nümayəndə heyəti müşayiət edir. Fransa prezidentinin kubalı həmkarı Raul Kastro ilə görüşü nəzərədə tutulub.
 
Rual Kastro mayın 10-da Roma Papası Fransisklə də görüşərək ölkəsi ilə ABŞ arasında münasibətlərin bərpasında göstərdiyi köməyə görə katoliklərin rəhbərinə təşəkkür edib.
 
Gültəkin