
Xəbərdə bildirilir ki, ölkə tarixində ilk dəfə olaraq müdafiə nazirliyinə qadın başçılıq edəcək.
42 yaşlı Tina Xidaşeli avrointeqrasiya üzrə parlament komitəsinin sədri olub. O, 2012-ci ildə hakim koalisiyadan millət vəkili seçilib.
İrakli Qaribaşvili parlamentə həmçinin təbii sərvətlər və idman nazirini təqdim edib. Hökumətin qalan tərkibi dəyişməz qalır.
Nazirlər Kabinetinə etimad məsələsi 2012-ci ildə parlament seçkilərində qalib gəlmiş Gürcü arzusu koalisiyasının formalaşdırdığı hökumətdən sayca 7-ci nazirin istefasından sonra gündəmə gəlmişdir.