Gənc fəal təhsil nazirinə nə yazdı?

Ruslan Nəsirli: «Universitetdəki biabırçı hallar barədə kifayət qədər məlumatlıyam və onları yaxın vaxtlarda ictimailəşdirmək niyyətindəyəm»

AXCP Gənclər Komitəsinin üzvü Ruslan Nəsirlinin ictimai-siyasi fəallığına, o cümlədən etiraz mitinqlərində iştirakına görə təhsil aldığı Azərbaycan Texniki Univesitetində ciddi problemlə üzləşməsi haqda “Azadlıq”ın ötən sayında məlumat vermişdik. Gənc fəal universitetdə ona yaradılan problemlə əlaqədar Təhsil naziri Mikayıl Cabbarova müraciət edib. Məktubun surətini “Azadlıq”a da göndərən Ruslan Nəsirli müraciətdə nazirdən universitet rəhbərliyinin siyasi baxışlarına görə yaradılan problemlərə, o cümlədən ona qarşı ayrı-seçkiliyə son qoyulması üçün göstəriş verilməsini istəyib.
“Bu adamlar heç Ilham Əliyevi də saya salmırlar, əgər belə olmasaydı…”
“Ilham Əliyev demək olar ki, hər çıxışında Azərbaycanda bütün azadlıqların olduğunu bildirir.ÿAmma üzləşdiyim hadisələr bunun əksini göstərir.
Ikiÿildir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin fəallarındanam. Fəaliyyətə başladığım dövrdən bu günə kimi universitet rəhbərliyi tərəfindən təzyiqlərlə üzləşirəm. Son çirkin əməlləri isə artıq səbrimi daşırdı. Azərbaycan Texniki Univerisiteti rektoru Havar Məmmədov və “Avtomatika və kompüter texnikası” fakültəsinin dekanı Həsən Tapdıq oğlu Qurbanovun əli ilə mənə qarşı baş verənlər – universitetə çağırılıb, sonra da təhsil müəssisəsinin həyətində həbs edilməyim heç bir çərçivəyə sığmır.
Budurmu gənclərə qarşı qayğı?! Tam legitim olan qanuni bir partiyanın fəalı olduğum üçün nədir bu çirkin addımlar?
Cənab nazir, təhsil aldığım universitetdə olan biabırçı hallar barədə kifayət qədər mənim də məlumatım var və yaxın vaxtlarda orada baş verənləri ictimailəşdirmək niyyətindəyəm. Mən həm də universitetdə həmin biabırçılıqlara qarşı mübarizə aparırdım.
Cənab nazir, univerisitet rəhbərliyi siyasi baxışlarıma görə faktiki mənə qarşı repressiya həyata keçirir.ÿQondarma ittihamla iyirmi günlük həbslə əlaqədar qaiblərin üzrlü səbəb sayılmaması heç də təsadüfi deyil. Başda Havar Məmmədov olmaqla, univerisitetdəki bütün rəhbər şəxslər açıq şəkildə bildirdilər ki, məhz siyasi fəaliyyətimə görə mənə heç bir güzəşt olunmayacaq.
Mən hesab edirəm ki, bu adamlar heç Ilham Əliyevi də saya salmırlar. Əgər belə olmasaydı, ən azı, Ilham Əliyevin Azərbaycanda gənclər üçün şərait yaradıldığı, azadlıqların təmin edildiyi haqda dediklərinin sadəcə söz olmadığını sübut edərdilər. Onlar isə əksinə, bu haqda deyilənlərin həqiqəti əks etdirmədiyini sübut edirlər", – deyə Ruslan Nəsirli məktubunda yazır.
Gənc fəal onu da qeyd edib ki, təhsilini davam etdirməsinə problem yaradan şəxsləri məhkəməyə verəcək: “Əgər mənə yaradılan problem həllini tapmasa, məhkəməyə müraciət edəcəm. Lazım gəlsə, bu işi Avropa Məhkəməsi müstəvinə çıxaracam. Bu həm də Azərbaycandakı vəziyyətin növbəti ifşası olacaq”.
Informasiya şöbəsi