Asif Lətifovun saxlanma şəraitinə gəlincə, yaxınları bildirib ki, heç bir narazılığı yoxdur: “Saxlanma şəraitindən şikayətçi deyil. Səhhəti də normaldır. Lakin ədalətsiz həbs olunması ilə barışmır”.
Xatırladaq ki, Asif Lətifov 17 il “Betta” dəstəsində xidmət edib. Dəfələrlə mükafatlandırılıb. Lakin 2011-ci ilin martında Mülki Məcəllənin 156-cı (xidməti uyğunsuzluq) maddəsilə işdən azad edilib. Asif Lətifov işə bərpa tələbilə məhkəməyə müraciət edib. Eyni zamanda Xüsusi Dövlət Mühafizə Xidmətində baş verən qanunsuzluqları ictimailəşdirib. Bundan sonra Asif Lətifov barədə cinayət işi başlanıb. Asif Lətifova qarşı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz sialh-sursat saxlamaq) və 232-ci (səlahiyyət həddini aşmaq) maddələrilə ittiham irəli sürülüb. Bu il yanvarın 29-da Hərbi Məhkəmə Asif Lətifov 5 il yarım müddətinə azadlqıdan məhrum edilməsi haqda qərar çıxarıb. Ali Məhkəmə onun “işini” bir il azaldıb.
Asif Lətifovun həbsilə bağlı Freedom House, Amnesty International, Human Right Watch və digər nüfuzlu beynəlxalq təşkilatlar məlumatlandırılıb. O, vicdan məhbusu kimi tanınıb.