“FVS-Inşaat”, “Nehrəm Holdinq”, “Körpü-Bina -Tikinti”, “AMK-Yasamal”, YUSIF.A .Inşaat", “F.I.P” şirkətləri, eləcə də “De-Luks”, “REAL”, “Orbita”, “Yusif-2014", ”Bakı-XXI BM", “Yeni Masazır-A”, “Kristal Abşeron”, “Polad-2008" və ”NEW SITY".
DŞAK-nin Şəhərsalma nəzarəti şöbəsinin müdir müavini Əli Ibrahimovun sözlərinə görə, nəzarət tədbirləri 30-31 mart tarixlərində keçirilib. Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonlarının icra hakimiyyətlərinə pozuntuları aradan qaldırmaq və Komitəni məlumatlandırmaq barədə icrası məcburi olan əsaslandırılmış göstəriş ünvanlanıb.
Pozuntular binaların yol verilən hündürlük həddi və mərtəbələrin sayı, ərazinin tikinti və tikinti sıxlığı əmsalı ilə bağlıdır.
Bundan əlavə (“Kon-Lay Procekt”, “ARCHI-CO”, “GENTECHS”, “Arxin-M LTD”, “FENIKS-AA”, “Ayan-A”, “Memar-F.R.”, “Arxitektura və Dizayn” və “Nigel” layihə şirkətlərinə xəbərdarlıq edilib. Belə pozuntular təkrarlansa, onlar lisenziyadan məhrum edilə bilər.
Bəzi ekspertlər hesab edir ki, tikinti şirkətlərinin hədəfə gəlməsi tikinti sektorunun bir əldə cəmləşdirilməsi prosesinin tərkib hissəsidir. Bundan əvvəl də bir neçə şirkət müxtəlif bəhanələrlə tikinti sektorundan neytrallaşdırılıb. “Azərbaycanda xırda bir daxma tikməmiş müvafiq qurumlar dərhal tikinti aparanın başının üstü alır. Bu şirkətlər isə hündürmərtəbəli binalar inşa edir. Necə olub ki, dövlət qurumlarının indiyə qədər onların yol verdikləri qanun pozuntularından məlumatlı olmayıb? Bu sadəcə tikinti sektorunun tam nəzarətə götürmək üçün bu sahəni ”kənar şirkətlər"dən təmizləmək prosesidir", – deyə ekspertlər bildirib.


