“Mən Ağayev Eldəniz, uzun illərdir ki, Məmməd Rahim küçəsində yerləşən kiçik köşk ticarətilə məşğul olurdum. Amma, iki ildən artıqdır ki, Bakı Şəhər Ticaret Departamentinin rəhbəri Ramiz Hacıyev mənə təzyiqlər göstərirdi. Nəhayət, sonda, məni ailəmi dolandırdığım bu kiçik ticarətdən məhrum etdi. Ramiz Haciyev dəfələrlə polis vasitəsilə alver etdiyim piştaxtanı dağıdaraq, ərazini tərk etməyimi tələb edir. Hörmətli “Azadlıq” qəzeti və “Azərbaycan saatı” proqramı vasitəsilə ölkə başçısına və onun xanımına müraciət etsəm də bir nəticə olmayıb. Təkrarən, sonuncu dəfə ölkə başçısına və onun xanımına, Bakı şəhər merinə müraciət edərək bildirirəm ki, mən də bir Azərbaycan vətəndaşıyam və bu ölkədə yaşamaq haqqım var. İki azyaşlı övladım qarşısında onları boya-başa çatdırmaq, təhsil vermək kimi vəzifə daşıyıram. Amma, Bakı Ticarət Departamentinin rəhbəri Ramiz Hacıyev ailə çörəyimə bais olaraq məni çıxılmaz vəziyyətə salıb. Tək istəyim, yeni köşklə təmin etməyiniz və ya normal yaşamagıma şərait yaratmağınızdır. Əgər bu dəfə də müraciətim cavabsız qalarsa dolandıra və oxuda bilmədiyim övladlarımın qarşısında intihar edəcəyəm. Çünki artıq başqa yolum yoxdur.”
“İntihardan başqa çarəm qalmır”
•


