
Koçaryanın oğlu Levon və gəlini Siruşo ABŞ-a getmək üçün viza ala bilməyib.
"Jamanak" qəzetinin yazdığına görə, ABŞ-ın Ermənistandakı səfirliyi Koçaryan cütlüyünə viza verməyib: "Məsələ ondadır ki, onlar uşaqlarının doğulması üçün ABŞ-da olarkən ölkədə qalma, viza qaydalarını pozublar".
Xəbəri dəqiqləşdirmək üçün Siruşo ilə əlaqə saxlanılsa da, o əsəbləşib və nümayəndəsinə müraciət etməyi tələb edib. Xəbəri isə nə təsdiq, nə də təkzib edib.
Xatırladaq ki, Siruşo Ermənistanı 2008-ci il "Eurovision" yarışmasında təmsil etmişdi.