ÇL-1/2: Messi Qvardiolanı məyus etdi

Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçirilib. “Barselona” öz meydanında “Bavariya”nı qəbul edib. Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiola ilk dəfə olaraq sabiq komandası ilə qarşılaşıb. 
Fasiləyə qolsuz yollanan komandaların duelində ikinci hissədə 3 qol olub. Lionel Messinin dublu və Neymarın qolu "Barselona"ya böyükhesablı qələbə qazandırıb – 3:0.