Meriya niyə susur?

Bakı Şəhər Icra Hakimiyyəti hələ də mayın 3-də “Məhsul” stadionunda hansı tədbirin keçiriləcəyinə və sonradan niyə baş baş tutmadığına aydınlıq gətirməyib. Məsələ burasındadır ki, Milli Şura “Məhsul” stadionunda mayın 3-də  Məhsul stadionunda mitinq keçirmək üçün Bakı Şəhər Icra Hakimiyyətinə müraciət ünvanlamışdı.
Meriya isə cavabında mayın 3-də “Məhsul” stadionunda hansısa tədbirin keçiriləcəyini əsas gətirərək Milli Şuranın müraciətinə mənfi cavab vermişdi. Lakin mayın 3-də əməkdaşımz meriyanın nəzərdən keçirdiyi “digər kütləvi tədbir”in nədən ibarət olduğunu öyrənmək  üçün “Məhsul” stadionunda olub. Özünü stadion işçisi kimi təqdim edən şəxs, mayın 3-nə heç bir kütləvi tədbirin nəzərdə tutulmadığını, istirahət günü olduğundan rəhbərliyin də işə çıxmadığını bildirib. Adının çəkilməsini istəməyən həmin şəxs, üç gün öncə polislərin yalnız şənbə günü burada hansısa tədbirin keçirilməsinin ehtimal olunduğu haqda məlumat verdiklərini bildirib.
Bakı Şəhər Icra Hakimiyyəti bu məsələyə aydınlıq gətirməkdənsə susmağa üstünlük verir.