Insan doğulduğu andan ölümə doğru addımlayır. Insanlar dünyadan köçmək üçün dünyaya gəlir. Amma bəzi insanlar həyatla ölüm arasındakı məsafəni pis, bəziləri isə yaxşı adla qət edirlər. 3 gün öncə tanınmış politoloq, ictimai-siyasi xadim, hamımızın yaxşı tanıdığı Vəfa Quluzadə də ömrünün 75-ci pilləsində həyat məsafəsini başa vurdu. Vəfa Quluzadə bütün dövrlərdə müsbət obraz kimi xarakterizə olundu və səmimi, sakit, bilikli, məsuliyyətli insan kimi yadda qaldı.
Vəfa Quluzadə 1940-cı il dekabrın 21-də dünyaya göz açmışdı. O, Azərbaycanın görkəmli dövlət xadimi, politoloq, Xəzər regionu dövlətlərinin siyasi tədqiqatı Fondunun prezidenti idi. Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri olmuşdu. 1962-1964-cü illərdə SSRI Elmlər Akademiyası Şərqşünaslıq Institutunun aspiranturasında təhsil almışdı. Dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri namizədi elmi adı almışdı.
1970-ci ildəÿ Misirdəki SSRI səfirliyində attaşe kimi işə başlamışdı.ÿƏrəb-Israil müharibəsinin getdiyi bir vaxtda Misir prezidenti Ənvər Sadatın SSRI Xarici işlər naziriÿAndrey Qromıko ÿilə görüşündə iştirak etmişdi.
1973-cü ildə vətənə qayıdan V.Quluzadə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlamışdı. Həmin illərdə ÿSov.IKP MK ÿyanında Ictimai Elmlər Akademiyasını bitirmişdi.
Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRI səfirliyinə məsləhətçi qismində göndərilmişdi.
O, 1990-ci ildə Azərbaycana qayıdıb və Azərbaycan Respublikasının xarici siyasət üzrə Dövlət Müşaviri işləyib. Növbəti iki prezidentin -ÿƏbülfəz Elçibəy ÿvəÿ Heydər Əliyevin hakimiyyəti dövründə də öz postunda qalıb.
Bu zaman ərzində Vəfa Quluzadə Azərbaycan xarici siyasətinin formalaşmasında yaxından iştirak edib.ÿ1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olub.
Vəfa Quluzadəÿ Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak edib.ÿAzərbaycan-Ermənistanÿ danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik edib,ÿATƏT-in sammitlərində, Cenevrə (1984) və Istanbulda keçirilmiş beynəlxalq konfranslarda,ÿNATO-nun iclaslarında iştirak edib.
Vəfa Quluzadə başqalarından fərqli olaraq heç vaxt hakimiyyətin opponentlərini tənqid etməyib, hakimiyyətin xoşuna gəlmək üçün vicdanlı insanları hədəf seçməyib. Vəfa Quluzadə könüllü olaraq istefa verib və hakimiyyətin Qarabağ xəyanətində iştirakından imtina edib.
O, dünyasını dəyişənə qədər siyasi proseslərin dəqiq izləyicisi idi və bacardığı qədər dünyada baş verənlərin Azərbaycana xeyir və ziyanını şərh edirdi. O, israrla Rusiyanın Azərbaycan üçün böyük təhlükə olduğunu və Qərbə inteqrasiyanın önəmini vurğulayırdı.
Vəfa Quluzadə həm də “Azadlıq” qəzeti üçün itkidir. “Azadlıq”ın ən çox əməkdaşlıq etdiyi, baş verənlərə münasibət öyrəndiyi, geniş müsahibələr aldığı siyasi xadimlər içərisində Vəfa Quluzadə ön sıraları tutur. Hər zaman məmuniyyətlə suallarımızı cavablandırdı, şərhlərini əsirgəmədi. Hətta bir gündə 3 dəfə müraciət etdiyimiz vaxtlar olub və hər dəfəsində böyük sayğı ilə qarşılaşmışıq. O, kiçik açıqlamalara da məsuliyyətlə yanaşar və təkrar zənglər edərək əlavələrini bildirərdi. O, ən çətin anlarda, ən əlçatan ekspert idi. Yəni Vəfa müəllimlə daha çox ünsiyyətdə olduğumuz, müxtəlif məsələləri müzakirə etdiyimizə görə onun yoxluğunu daha çox hiss edirik. Daha bir sevimli, dəyərli dostumuzu itirdik. Allah Vəfa müəllimə rəhmət eləsin, ruhu şad olsun.
O, adı kimi vəfalı adam idi. Həyat ona qarşı 75 il vəfalı oldu. Amma o adını tarixə yaza bildi. Allah rəhmət eləsin.
“Azadlıq” qəzeti


