
Dünya futbol tarixində görünməmiş hadisə baş verib. İlk dəfə fiziki qüsurlu şəxs oyunçu formasında meydana buraxılıb.
Futbol tarixinin bu ilkinə Kolumbiyanın "Uniautonoma" klubu imza atıb. 16 yaşlı, sol qolu dirsəkdən aşağı olmayan Lorenzo Orellana komandanın heyətinə daxil eilib. O, matçın 61-ci dəqiqəsində mübarizəyə qoşulub. Baş məşqçinin Lorenzonu oyuna daxil etməsilə o, ilk qüsurlu futbolçu kimi futbol tarixinə adını yazdırıb.
Oyundan sonra mətbuata açıqlama verən əlil futbolçu baş məşqçiyə təşəkkürünü bildirib. Lorenzo ona inananların ümidini boşa çıxarmayacağına söz verib.


