Hakimiyyətin “Saakaşvili narahatçılığı”

«Bağlı qapılar arxasında görüş»lə bağlı deyilənlərə niyə qeyri-müəyyən cavab verilir?

Ölkə başçısı Ilham Əliyevin Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ilə bağlı qapılar arxasında görüş keçirməsi barədə xəbərlərə prezidentin mətbuat katibi Azər Qasımovdan reaksiya gəlib.
Qeyd edək ki, bu xəbərlər yerli və xarici media orqanlarında yayılıb. Azər Qasımov bu barədə APA-ya deyib: “Azərbaycan Respublikası Prezidentinin keçirdiyi görüşlər barədə məlumat bir qayda olaraq dövlət başçısının rəsmi internet səhifəsində və digər rəsmi saytlarda yerləşdirilir. Prezidentin görüşləri ilə bağlı hər hansı məlumatla bağlı həmin ünvanlara müraciət edə bilərsiniz ”.
Hakimiyyətin bu məlumatlardan narahat olduğu barədə iddialar var. Bunun da səbəbi Mixeil Saakaşvilinin həm Gürcüstanın indiki hakimiyyətinin, həm də Rusiyanın hədəfində olması ilə bağlıdır.
Görünür, bu baxımdan Azərbaycan hakimiyyəti “bağlı qapılar arxasında görüş” barədə deyilənlərə qeyri-müəyyən cavab verməyi daha məqsədəuyğun sayır.