Əli İnsanov AXCP sədrini təbrik etdi

Hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov AXCP lideri Əli Kərimlini 50 illik yubileyi münasibətilə təbrik edib. O, təbrikini vəkili vasitəsilə çatdırıb. Təbrikdə deyilir:

“Hörmətli Əli bəy! Sizi 50 illik yubileyiniz munasibətilə ürəkdən təbrik edirəm. Xalqımızın azadlığı uğrunda apardığınız mübarizədə böyük uğurlar, şəxsi həyatınızda xoşbəxtlik və möhkəm can sağlığı arzu edirəm”.