Nəhəng ilan unikal şəkildə ağaca dırmaşmaq məharəti ilə onu izləyənlərin marağına səbəb olub. Tailandda telefon vasitəsi ilə çəkilən video insanları narahat etməyi də bacarıb.
Nəhəng piton əvvəlcə bütünlükdə gövdəsi ilə ağaca sarılır sonra başını dik qaldıraraq bədəninin yuxarı hissəsini sürətlə qaldırıb agacın ortasına sarılır. Daha sonra bir daha başını qaldıraraq ağacın yuxarısına qalxır bu zaman onun bədəninin aşağı hissəsi hərəkəətsiz qalır. Başını tarazlaşdıran ilan bu dəfə bədəninin aşağı hissəsini yuxarı qaldırır. Videodakı bu ilanın 6,5 metr uzunluqda olduğu bildirirlir.