“Dünya İranla razılığa hazırdır”

Son 20 ildə ilk dəfə olaraq prosesdə müşahidəçi qismində İsrail də iştirak edəcək
 
"Dünya indi İranla uzunmüddətli nüvə sazişi imzalamağa heç vaxt olmadığı qədər hazırdır. Bununla belə, hələ bir çox mübahisəli məsələləri həll etmək lazımdır".
 
ANS PRESS-in məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri aprelin 27-də öz çıxışında deyib. 
 
Xatırladaq ki, aprelin 2-də İsveçrənin Lozanna şəhərində İranla "böyük altılıq" ölkələri olan Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya arasında razılıq əldə edilmişdi. Bu sazişə əsasən, Tehran nüvə proqramının hərbi potensialını minimuma endirməyə razılıq vermişdi. Əvəzində isə İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar götürülməli idi.
 
Son 20 ildə ilk dəfə olaraq prosesdə müşahidəçi qismində İsrail də iştirak edəcək.