Rusiya prezidenti Vladimir Putindən sonra bu ölkənin baş naziri Medvedev də 1915-ci il hadisələrini "soyqırım" adlandırıb. Medvedevin Ermənistanın baş naziri Ovik Abramyana göndərdiyi məktubda deyilir: "Yaşadığımız bu günlərdə, tarixin ən dramatik hadisələrindən biri olan "erməni soyqırımı" qurbanlarını xatırlayır, Osmanlı İmperatorluğunda kütləvi təzyiqlər nəticəsində həyatını itirənlərin yasını tuturuq", deyə bildirilir.
Erməni nazirə göndərilən məktub Rusiya hökumətinin rəsmi internet saytında yerləşdirilib.
azadlıq.info