iPhone 6-nı Coca-cola-da qaynatdılar VİDEO

İPhone 6 istifadəçilərindən biri telefonu qaynar kolanın içərisinə atıb.
 
Apple-ın satış rekordu qıran yeni telefonları iPhone 6 və iPhone 6 Plusun üstündə bir çox testlər aparılır. Yerə atılır. əzilir, müxtəlif hava şəraitində dözümlülüyü sınanır.
 
Ötən günlərdə keçirilən bir test isə digərlərini geridə qoyub.
 
iPhone 6 istifadəçilərindən biri telefonu kolanın içərisinə atıb. Üstəlik də içki bir qabın içərisində qaynar şəkildə olub. Bir müddət kolanın içərisində qalan cihaz tamamən yararsız hala düşüb.