Zakir Qaralovun səlahiyyət müddəti başa çatdı

O, yenidən baş prokuror ola biləcəkmi?

Bu gün baş prokuror Zakir Qaralovun də səlahiyyət müddəti başa çatır. Zakir Qaralov artıq 3-cü beşillikdir ki, baş prokuror postundadır. Onun əvəzlənəcəyi barədə iddialar olsa da, kimlərin baş prokuror namizəd olması barədə hələlik heç bir bilgi yoxdur. O, mümkündür ki, Zakir Qaralov növbəti 5 illikdə Azərbaycanın baş prokuroru olsun.
Qeyd edək ki, bundan əvvəl Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddəti başa çatmışdı. Mətbuatda Ramiz Rzayevin əvəzlənəcəyi barədə məlumatlar dərc edilmişdi. Hətta Ali Məhkəmənin sədri postuna namizədlərin də adı açıqlanmışdı. Bu sırada xüsusilə Bakı Apellyasiya Məhkəməsinin sədri Iman Nağıyevin və Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovun adı çəkilirdi. Lakin gözləntilər özünü doğrultmadı. Ramiz Rzayevin yenidən Ali Məhkəmənin sədri seçildi.