Təşkilatın yaydığı bəyanatında deyilir ki, Avropa liderləri ilk Avropa Oyunları ərəfəsində bu ölkədə söz azadlığının görünməmiş dərəcədə pozulmasını pisləməlidirlər.
Bəyanatda qeyd edilir ki, 2 jurnalist bu ilin dekabrında azad edilsə də 8 jurnalist və 4 blogger hələ də saxta ittihamlarla həbsdədir vəonlar arasında araşdırmaçı-jurnalist Xədicə İsmayılova da var.
Bundan başqa hüquq müdfiəçiləri Rəsul Cəfərov və İntiqam Əliyev ötən həftə 6,5 və 7,5 il azadlıqdan məhrum ediliblər.
Azərbaycanda sonuncu müstəqil KİV-lər hakimiyyət tərəfindən müxtəlif formalı təzyiqlərlə bir-birinin ardınca fəaliyyətini dayandırır.
Onlar arasında “Azadlıq” radiosunun yerli bürosu, “Zerkalo” qəzeti, habelə bir sıra digər KİV və məbuat azadlığı sahəsində fəaliyyət göstərən QHT-lər var-deyə bəyanatda bildirilir. (azadlıq.org)


