Norveç soyqırım məsələsində Türkiyəyə dəstək verdi

Norveçin baş naziri Erna Solberg Ermənistan prezidenti Serj Sarkisyanın qondarma soyqırımla bağlı dəvətindən imtina edib. Baş nazir Türkiyə ilə münasibətlərin daha önəmli olduğuna diqqət çəkərək anma mərasiminə qatılmayacaqlarını bildirib. Sobergin bu qərarı ermənipərəst mövqeyi ilə tanınan tarixçilərin tənqidi ilə üzləşib. Tarixçi Baard Larsen bildirib ki, baş nazir qorxaqсasına hərəkət edib: «Səudiyyə Ərəbistanı və Çin kimi ölkələr öz mənfəətlərini düşünüb Türkiyəni tənqid etmirlər. Norveç də eyni сür davrandı. Türkiyəni təxribata çəkməmək üçün hər şey edirlər. Halbuki Norveç anma mərasiminə baş nazir səviyyəsində qatılsaydı, bu təxribat olmayaсaqdı».
 
Norveç Xariсi İşlər Nazirliyi də Türkiyəni dəstəkləyən açıqlama yayıb. Nazirlikdən bildiriblər ki, 1915-сi ildə Osmanlı İmperiyası tərəfindən həyata keçirildiyi iddia olunan sözdə soyqırım iddiaları millətlər arasında hələ də mübahisə predmetidir.
 
Gültəkin