İçi pulla dolu “Pay Point” oğurlandı

Bakıda "Pay Point" ödəniş terminalı oğurlanıb. Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində qeydə alınıb.
 
Ötən gün axşam saatlarında naməlum şəxs və ya şəxslər qəsəbə ərazisində içərisi pulla dolu, “Comted LTD”-yə məxsus "Pay Point" ödəniş terminalını oğurlayıb.
 
Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.