Bakıda “avtoş”luq edən həkimə 30 sutka həbs verildi

Bakıda avtoxuliqanlıq edən diş həkimi saxlanılıb.
 
Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib.
 
Belə ki, Pirallahı rayonu ərazisində yol polisləri dövlət qeydiyyat nişanı olmadan "Mersedes" markalı avtomobili idarə edən 1985-ci il təvəllüdlü Əliyev Əlisoltan Kamil oğluna "Saxla!" işarəsi veriblər. Amma sürücü polislərin bu əmrinə riayət etmədən avtoxiqanlıq hərəkətləri edib və qaçmağa nail olub.
 
Sonradan Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları Ə.Əliyevi idarə etdiyi avtomobillə birgə saxlayıblar.
 
Ə.Əliyev məhkəmənin qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin (İXM) 296-1.1 maddəsi ilə təqsirli bilinib, ona 30 gün inzibati həbs verilib.
 
Qeyd edək ki, Ə.Əliyev ixtisasca diş həkimidir və Bakının Nizami rayonunda stomotoloji klinikada işləyir.