Avropa Liqası: yarımfinal cütlükləri müəyyənləşdi

Bu gün Çempionlar Liqası ilə yanaşı, Avropa Liqasında da yarımfinal mərhələsinin püşkü atılıb və yarımfinalın cütlükləri müəyyənləşib.
 
"Qarabağ"la eyni qrupda mübarizə aparmış "Dnepr" yarımfinalda "Napoli" ilə qarşılaşacaq. Digər oyunda isə Avropa Liqasının son qalibi "Sevilya" "Fiorentina" ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları 7 may, cavab qarşılaşmaları isə 14 may tarixində keçiriləcək.
 
Püşkə əsasən "Napoli" – "Dnepr" cütünün qalibi Polşada keçiriləcək final matçında nominal ev sahibi olacaq. 
 
Yarımfinal mərhələsinin cütlükləri:
 
"Napoli" (İtaliya) – "Dnepr" (Ukrayna)
 
"Sevilya" (İspaniya) – "Fiorentina" (İtaliya)