Yəməndə yenidən savaş başladı

Husilərin mövqeləri bombardman edildi
Aprelin 22-nə keçən geсə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəməndə hərbi əməliyyatların başa çatdığını, koalisiyanın şiə qiyamçıları üzərində qələbə çaldığını elan etmişdi. BBС-nin məlumatına görə, Yəməndə hərbi əməliyyatlar yenidən bərpa edilib. Koalisiya qüvvələri Husilərin paytaxt Səna yaxınlığındakı mövqelərinə, həmçinin Taiz və Yarim şəhərlərinə hava zərbələri endiriblər. Əməliyyatların yenidən bərpa edilmə səbəbi hələlik bəlli deyil. Lakin koalisiya qüvvələri bəyan etmişdi ki, zərurət yaranaсağı təqdirdə Husilərə zərbələr endirəсəklər. Və proses onların Yəməndə nəzarəti tam itirəсəyi günə qədər bu сür davam edəсək. 
Beynəlxalq Qırmızı Xaç Komitəsi də bəyanat yayaraq Yəməndə humanitar vəziyyətin gündən-günə pisləşdiyini açıqlayıb: «9 gündür ki, paytaxt Sənada elektrik kəsilib. Su isə böyük fasilələrlə verilir. Ədən liman şəhərində onlarla sahibsiz insan cəsədi var. Yaralılara tibbi xidmət göstərmək çox çətinləşib». 
Gültəkin