Azərbaycan ərazisində küləkli və yağıntılı hava aprelin 25-dək davam edəcək. Sonra hava şəraiti mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, aprelin 22-də bəzi dağlıq ərazilərdə sulu qar və qar yağıb. Qar əsasən Quba rayonunun dağlıq ərazilərinə yağıb, qarın hündürlüyü bəzi yerlərdə 20-25 sm. təşkil edib.


