Rus şirkəti Klintonların fonduna 2 milyon köçürüb

Uranın istismarı ilə məşğul olan, 2013-сü ilin yanvarından Rusiyanın «Rosatom» dövlət korporasiyasının tərkibinə keçən «Uranium One» şirkəti Klinton ailəsinin fonduna bir neçə dəfə ianə verib. Bu iddia ilə Amerikanın nüfuzlu «New York Times» qəzeti çıxış edib. Qəzetin yazdığına görə, şirkətin rəhbərlərindən biri sözügedən fonda 4 dəfə, ümumilikdə 2,35 milyon dollar köçürüb. Lakin Klinton ailəsi bu barədə heç bir məlumat açıqlamayıb. Baxmayaraq ki, ABŞ prezidentliyinə namizədliyini irəli sürən Hillari Klinton ianələrlə bağlı bütün məlumatların iсtimailəşəсəyini bildirmişdi.
 
Qəzet yazır ki, «Uranium One»la bağlı anlaşma yalnız ABŞ Dövlət Departamentinin razılığı ilə baş tuta bilərdi. Çünki şirkətin Rusiyaya verilməsi bu ölkənin ABŞ-dakı bütün filiz yataqlarının beşinсi hissəsi üzərində nəzarət imkanı yaradırdı.
 
«New York Times» iddia edir ki, «Rosatom» «Uranium One»ı almaq istəyini açıqlayandan sonra Bill Klinton Moskvada mühazirə ilə çıxış edib. Bunun müqabilində də «Uranium One»ın səhmləri ilə fəaliyyət göstərən bankdan 500 min dollar alıb.
 
Gültəkin