«Qazprom»a 17 milyardlıq сərimə

Avropa Birliyi Komissiyası «Qazprom»a 17 milyard dollar сərimə kəsə bilər. Rusiya şirkəti 8 ölkədə – Bolqarıstan, Çexiya, Maсarıstan, Estoniya, Latviya, Litva, Slovakiya və Polşada Avropa Birliyinin rəqabət qaydalarını pozmaqda ittiham edilir. İddialara görə, «Qazprom» qaz satışında ədalətsiz qiymətlər tətbiq edib, həmçinin alıcılar qarşısında əsassız tələblər qoyub. Avropa Komissiyası ittihamları yazılı şəkildə şirkətə ünvanlayaraq izahat tələb edib. «Qazprom» 12 həftə ərzində Avropa Birliyinə izahlı cavab göndərməlidir.
 
Avropa Komissiyasında rəqabət məsələlərinə cavabdeh Margrethe Vestager bildirib ki, Avropa bazarında fəaliyyət göstərən şirkətlər qurumun qaydalarına uyğun davranmağa məcburdular: «Bu qayda Avropa ölkələri və digər dövlətlər üçün eyni dərəcədə keçərlidir. Biz onların Avropa bazarında fəaliyyətini əsas götürürük».
 
Qeyd edək ki, Avropa Birliyi ölkələrinin ötən il istifadə etdikləri qazın 27 faizi «Qazprom»un payına düşür.
 
Gültəkin