Liviyanın xarici işlər naziri də Azərbaycana gəlir

Liviyanın xarici işlər naziri Mohamed Dayri III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Azərbaycana gəlir.Lent.az-ın məlumatına görə, “Yeni dünya düzənində etimadın yaradılması” mövzusunda keçiriləcək Forumda M. Dayrinin geniş çıxışı nəzərdə tutulub.
 
Foruma qatılacaq Liviya nümayəndə heyətinin tərkibində ölkənin sabiq baş naziri Əbdürrəhim El-Keyb və Liviyanın Avropa Birliyindəki səfiri Farida Allaghi də var. F. Allaghi eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, Əbdürrəhim El-Keyb isə təşkilatın üzvüdür.