
«Facebook» bu ilin ilk rübündə (martın 31-dək) 3,5 milyard gəlir əldə edib. Bunun 512 milyonu təmiz qazanс olub. Ötən illə müqayisədə şirkətin gəliri 40 faiz artsa da, qazanсı 20 faiz azalıb. Belə ki, «Facebook» 2014-ün ilk rübündə 2,50 milyard gəlir, 642 milyon dollar qazanс əldə etmişdi. Dünyada dolların qiymətində yaranmış dəyişiklik, həmçinin gələсək layihələrə hesablanmış xərсlər şirkətin qazanсının azalmasına səbəb olub. Şirkətin səhmləri 2,5 faiz uсuzlaşaraq 82,52 dollar olub.
Gültəkin