Səudiyyə kralı Əl-Vəlid Bin Talal Yəməndəki əməliyyatlarda iştirak edən və bir aydır Husilərin (şiə qiyamçıları) mövqelərini bombardman edən 100 pilotun hər birinə dəbdəbəli «Bentley» avtomobili hədiyyə edəcək. «International Business Times»ın məlumatına görə, keçmiş Səudiyyə kralı Abdullahın qardaşı oğlu olan Talal 23 milyardlıq sərvətə sahibdir. Onun təkcə «Twitter»də 300 milyon dollarlıq səhm payı var. Talal bundan əvvəl Səudiyyə Ərəbistanı milli futbol komandasının oyunçularına 25 ədəd «Bentley» hədiyyə etmişdi.

Gültəkin


