Çilidə dəhşətli vulkan; evakuasiya başlayıb

Çilidə dəhşətli vulkan püskürüb. Son 40 ildə ilk dəfədir ki, ölkə Kalbuko vulkanının püskürməsinə görə evakuasiya həyata keçirir. Artıq minlərlə insanın başqa əraziyə köçürüldüyü bildirilir. Vulkanın dəhşətli tüstüsü ətrafda qalın duman qatı yaratdığından Çili hökuməti uçuşları da təxirə salmalı olub.  Kalbuko vulkanının hündürlüyü 2000 metrdir. O, təhlükəlilik dərəcəsinə görə Çilidəki 90 aktiv vulkan arasında üçüncü yeri tutur.
Gültəkin