Qəza nəticəsində yola dağına dəmir borular avtomobillərin hərəkətinə maneə yaradıb Bakının Xətai rayonu ərazısində ağır yol qəzası baş verib.
Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Zığ şossesində, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin qarşısındakı dairədə qeydə alınıb.
Həmin ərazidə sürətlə hərəkət edən KamAZ markalı yük avtomobili idarəetməni itirib və aşıb.
Maşında olan dəmir borular yola düşüblər.
Qəza nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.
Lakin yolda bir saatdan artıq tıxac yaranıb.


