Qəfəsdə adam yox, zooparkda heyvan saxlayarlar

İstənilən şəraitdə AZADLIQını  qoruyub saxlayan, sərbəst düşünən, müstəqil fikir yürüdən bilən hər kəs, nə qədər qorxaq və cəsarətsiz olsa belə, istənilən vəziyyətdən, hətta çıxılmazlıqdan da  çıxış yolu tapa bilər: Stefan Sveyq                                                                                                                                          
 
Stefan Sveyqin “Rotterdamlı Erazmın qələbəsi və faciəsi” əsəri 15-ci əsrin sonu, 16-cı əsrin əvvəllərində yaşayan görkəmli mütəfəkkir Rotterdamlı Erazmın həyatı və yaradıcılığından bəhs edir. O, inkvizisiyanın hökm sürdüyü dövrdə yaşayıb, amma azadlığını qoruyub saxlayıbdır. Əsərin əsas ideyası da elə bundan ibarətdir: İnsan yaşadığı şəraitdən və dövrdən asılı olmayaraq azadlığını qoruyub saxlaya bilər və istənilən vəziyyətdən çıxış yolu tapa bilər… Orta əsrlərin ən ağır dövrü- inkivizisiyanın qılıncının dalının-qabağının kəsdiyi bir zamanda özünü mədəni qitənin vətəndaşı hesab edən ilk avropalı, Avropa insanı arasında ilk sülh carçısı, ümumi bəşəri  ideyaların ilk açıq müdafiəçisi və tərəfdarı olan mütəfəkkir  Erazmın qələbəsi, əslində azadlıgını nəyin bahasına olursa -olsun qoruyub saxlamaq, əldən verməmək idi. 
Azad insan kimi, cəhalətə, fanatizmə, zülmə, müharibələrə qarşı olması, xalqlara və fərdlərə milli kimliyinə, dini mənsubiyyətinə görə heç bir fərq qoymadan xoş münasibət göstərməsi, bütün bəşəri -insanlıgı sevməsi onun əldə etdikləri ugurlar idi. Faciəsi isə cəsarətinin olmamasında idi. Ən çox sevdiyi ideallar ugrunda belə, ən həlledici məqamlarda ondan tələb olunan azacıq cəsarəti göstərə bilməməsi isə onun  faciə idi. Əslində, bu faciə şəxsi deyil, ümum bəşəri faciədir,tarixin dönüş nöqtəsində cəmiyyətin, bütün insanlığın yaşadığı bir faciə…
 Belə ağır şərtlər içində, şəxsi faciə yaşayan  Erazm öz həyatı və fəaliyyəti ilə subut etdi ki: İnsan üçün dünyada azadlıqdan dəyərli heç nə yoxdur, o, istənilən mühitdə, istənilən şəraitdə öz azadlığını qoruyaraq  ətrafına, bütövlükdə isə cəmiyyətə nümunə, örnək ola bilər.   İnkvizisiyanın tüğyan etdiyi bir dövrdə onun bütün həyatı və fəaliyyəti özünü və azadlığını qorumaqdan fikir və ideyalarını yaymaqdan ibarət olub. Illər keçəcək onun xələfləri bu ideyaları təkmilləşdirib ümumbəşəri platformaya –vahid konsepsiyaya çevirəcəklər.                                                                                                                                                
 
Rotterdamlı Erazmın xələfi…
 
Bəşər tarixində elə dönəmlər olub ki, həyatın davam etməsi üçün insan özünü qurban verməli olub…bəzən bəşəri dəyərləri yaşatmaq üçün o dəyərlər uğrunda mübarizə aparan insandan  özünü qurban vermək tələb olunur. Həyatda onlarla belə nümunələr var. Məsələn, Stefan Sveyq İkinci dünya müharibəsinə etiraz olaraq arvadı ilə birlikdə intihar edib Avropanı bürüyən faşizm təlükəsinin qarşısını öz ölümü ilə  almaq istəmişdi. Əslində, faşizm ideyasının məhvi elə dünya çaplı yazıçının o intiharından – 1942 –çi ildən sonra başladı.                                                                                                                                   
 Amma Erazm inkivizisiyanın ölüm sacan hökmlərindən sarsılıb intihar etmədi, sadəcə qorxudan bir qırağa çəkilib gələcək Avropa birliyinin nəzəri əsaslarını işləyib hazırladı. Bu günki çağdaş Avropa Erazm kimi mütəfəkkirlərinə borcludur.
 Sələfindən fərqli olaraq İntiqam Əliyev sözün bitdiyi bir məmləkətdə, qorxub bir qırağa çəkilmədi, əksinə cəsarət göstərib həbs təhlükəsini gözünün önünə alaraq siyasi srepressiyaların tüğyan etdiyi məmləkətinə – Azərbaycana geri döndü: “Həbsimdən əvvəl Praqada olanda xəbər gəldi ki, vergi işçiləri rəhbərlik etdiyin təşkilatda yoxlamalara başlayıb, sənin həbsimə hazırlıq gedir. Təklif olundu ki, orada qalım, siyasi mühacir statusu alım. Amma eləmədim, Vətənə qayıtdım. Bu altı ayda bir an da olsa belə heyfslənməmişəm ki, niyə qayıtdım, niyə həbs olundum.”                                                                                                                      
 
Gündəliyimdə altını cızdığım bir qeyd… 
 
Məhkəmə salonunda duğusal bir an yaşadım, həmən an illər uzunu yaşadığım və doğmalarıma yaşatdığım ağrı-açılar kino lenti kimi gözümün önündən keçdi…İntiqam Əliyevin dəmir barmaqlıqlar arxasından doğma balası Nərminə verdiyi bir sual yaddaşımı oyatdı. Bəlkə də bu salonda oturan yeganə adam mənidim ki, onu qəlbən anlayırdım. Çünki İntiqam Əliyevin bu gün oturduğu kürsüdə on il əvvəl, on ay da mən qolu qandallı oturmuşdum. Əslində bu sual-cavab deyildi, sadəcə atanın evladı qarşısında açı bir etirafı idi. Əslində, İntiqam Əliyevin bu acı etirafı hamımızın yaşadığımız bir ömrün hekayəsidir. Bəli, bizim bayırda zamanımız olmur, başımız mübarizədən aynıyanda ,bir də baxıb görürük ki, uşaqlar böyüyüb. Onların böyüdüyünü hiss edəndə isə, artıq iş-işdən keçir, çünki o zaman dörd divar arasında oluruq. Ona görə ki,  bizlər övlarlarımızı yalnız həbsxanalarda düşünəcək qədər çox mübarizə apardıq bu Vətən yolunda… Bizim onları azadlıqda düşünəcək zamanımız olmadı…
 
Açı etiraf….
 
«Bir də gördüm 23 yaşına çatmısan. 20 yaşına qədər Sumqayıtda 4 nəfərlik ailə üzvlərinlə birgə 3 otaqlı evdə yaşamısan. Bu zaman ərzində Sumqayıt şəhərindəki sıradan orta məktəblərin birində təhsil almısan. Bu yaşınıza qədər həm qardaşın, həm də sən xəstə olanda yanınızda çox ola bilməmişəm. Durmadan işlədiyim üçün təhsilinizlə də daim maraqlana bilməmişəm. Doğum günlərinizdə hamı dağılandan sonra gəlib çıxmışam. Öz gücünə məktəbi bitirib Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmusan. Bilirəm ki, növbəti istəyin xaricdə təhsil almaqdır. Ancaq mənim qızım olduğundan hər hansı dövlət proqramından istifadə edib xaricdə təhsil ala bilməyəcəksən. Mənim qızım olduğuna görə normal iş də tapa bilməyəcəksən. Gələcəkdə qarşılaşacağın xırda problemə görə ittiham oluna bilərsən. Cəmil Həsənlinin qızı Günel kimi. Bir sözlə, səni gələcəkdə böyük problemlər gözləyir. Bütün bunlara görə, mənim qızım olduğuna görə özünü zərərçəkmiş hesab edirsənmi?»
Nərmin bütün salona nümünə göstərib hakimlərə dərs verdi…
Qürur duyuram, fəxr edirəm ki, Sənin qızınam. Arzu edirəm ki, haqqınızda siyasi sifarişi verənlərin, bu sifarişləri icra edənlərin də övladları onlarla belə fəxr etsinlər, bir gün atalarının qurduqları qanunsuz,sifarişli məhkəmələrin qurbanlarına çevrilməsinlər. 8 aydır ki, şüşə arxasından görüşməyimiz və bu müddət ərzində bir dəfə də qucaqlaşıb bir-birimizə toxuna bilməməyimiz də bizim mübarizə əzmimizi qıra bilməz. Ən böyük mühakimə vicdan məhkəməsindədir, sən isə həmin məhkəmədən mənəvi qələbə ilə cıxmısan.Belə vicdanlı atam olduğuna görə təəssüf yox, ancaq fəxr hissləri keçirə bilərəm.