Şəhid ailələri İham Əliyevə üz tutur

Onlar kəsilən müavinətin verilməsini tələb edirlər

Prezident Ilham Əliyevə məktub ünvanlayan Bərdə rayon sakini Adil Abdullayev rayonda olan qanunsuzluqlardan bəhs edib. Məktubda deyilir:
“Sizə məlum edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bərdə rayon şöbəsinə etdiyi göstəriş əsasında rayonda 57 şəhid ailəsinin hüquqları pozulub, onlara verilməli olan müavinət kəsilib. 8 aydır ki, biz şəhid ailələrini get-gələ salırlar. Problemin həll ediləcəyini, eləcə də büdcədə pul olmadığını deyirlər.
Həmin şəhidlərdən biri də qardaşım Arif Abdullayevdir. O, Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanıb və  1992-ci ilin 16 may tarixində dünyasını dəyişib. Qardaşım 23 il öncə düşmənə qarşı vuruşub və onun şəhid ruhu bu gün aram ola bilmir. Prezident kimi dəfələrlə bəyan etmisiniz ki, bu xalqa birinci xidmət edənsiniz. Lakin sizə tabe olan məmurlar bunun əksini edir.
Keçən il rayonda korrupsiya faktları aşkar edilib və çoxsaylı saxtakarlıqlar üzə çıxıb. Məlum olub ki, büdcədən vəsait talan olunub və xalqa külli miqdarda ziyan vurulub. Idarənin müdiri Raquf Məmtiyevin baş məsləhətçi təyin etdiyi Zəka Əliyev məsləhətçi Sevil adlı şəxslə əlbir olaraq əhaliyə verilən sosial yardımın tən yarısını mənimsəyib.
Bu qədər pul bəs etmir, hələ şəhid ailələrini təhqir edərək şəhidlərimizin ruhuna qarşı hörmətsizlik göstərirlər. Ümid edirəm ki, bu müraciətim cavabsız qalmayacaq və şəhidlərimizin ruhu rahatlıq tapacaq".
Sosial şöbə
P.S. Məsələylə bağlı ƏƏSMN-nin də mövqeyini dərc edə bilərik.