“Yaxın bir neçə ildə neftin qiyməti aşağı olaraq qalacaq və enerji şirkətləri bu reallığa uyğun hərəkət etməlidirlər”. Bunu aprelin 21-də BP şirkətinin baş icraçı direktoru Robert Dudley bəyan edib. O qeyd edib ki, qazma işlərinin 2 dəfədən də çoz azalmasına baxmayaraq ABŞ-da neft istehsalı artmaqda davam edəcək. Həmçinin Exxon Mobil şirkətinin icraçı direktoru Rex Tillerson CNBC televiziyasına müsahibəsində oxşar bəyanatla çıxış edib.


