“Azərişıq”da təmizləmələr

Etibar Pirverdiyevin tələbə yoldaşı işdən çıxarıldı

“Azərişıq”da struktur dəyişikliyi olub. Qurumun Sumqayıt regional idarəsi ləğv edilib. Əvəzində 7 rayonu əhatə edən yeni təchizat idarəsi yaradılıb.
Publika.az-ın məlumatına görə, bunu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib: “Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC ləğv edilib. Həmin qurumun əvəzində Şimal Regional Enerji Təchizatı Idarəsi yaradılıb. Sumqayıt, Quba, Qusar, Şabran, Xızı, Xaçmaz və Siyəzən rayonlarının enerji təchizatını bu idarə həyata keçirəcək".
Strateq.az-ın xəbərinə görə isə ləğv olunan “Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC-nin rəhbəri Saleh Məmmədli “Azərenerci”nin prezidenti Etibar Pirverdiyevin tələbə yoldaşı və ən yaxın dostlarındandır.