“Azərbaycan ədaləti ələ salır”

Bu gün Azərbaycanda insan haqları və azadlıqlar üçün fəlakət günüdür. Qarşıdan gələn illər üçün Azərbaycanda insan haqları pozuntularının qurbanları özlərinin ən güclü müdafiəçilərini itiriblər”. Bu sözləri Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Giorgi Gogia İntiqam Əliyev barədə çıxarılmış məhkəmə hökmü haqqında danışarkən deyib. Bu gün Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxov tərəfindən aprelin 22-də çıxarılıb. Gogia deyib ki, İntiqam Əliev barədə çıxarılmış hökmün siyasi sifariş olduğu şübhə doğurmur. O bildirib ki, Azərbaycanın beynəlxalq partnyorları rəsmi Bakının “ədaləti ələ salmasına” son qoymalıdırlar.