3 dəqiqəyə 22 milyona satıldı

Nyu-Yorkdakı hərraсda 100 karatlıq şəffaf brilyant cəmi üç dəqiqə ərzində 22,1 milyon dollara satılıb. Brilyantın alıcısı kimliyinin açıqlanmasını istəməyib. Onun bu qiymətli daşı telefonda razılaşaraq aldığı bildirilir. Bundan əvvəl London da daxil olmaqla bir çox iri şəhərlərdə hərraca çıxarılan bu brilyanta 19-25 milyon dollar arası qiymət qoyulmuşdu. Сənubi Afrikadan tapılan bu daşın ilkin çəkisi 200 karat olub. Bir il davam edən emal prosesində onun çəkisi yarıbayarı azalıb. Bu vaxta qədər hərrac yolu ilə ən bahalı brilyant 2013-cü ildə Cenevrədə satılıb. Çəhrayı rəngli brilyanta 83 milyon dollar ödənilib.
 
Gültəkin